1news.az

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

11 İyul saat 19:07 ~ 1 dəqiqəlik oxu 3430
Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərdi

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net