Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yaydı

11:54 - 12 / 08 / 2020
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir.

Qafar Ağayev

Paylaş:
461

Son xəbərlər

Şuşaya ilkin mərhələdə köçürülən şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər