BERNAMA agentliyi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışını geniş işıqlandırıb | 1news.az | Xəbərlər
Siyasət

BERNAMA agentliyi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışını geniş işıqlandırıb

22:15 - 04 / 12 / 2020
BERNAMA agentliyi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışını geniş işıqlandırıb

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışı barədə AZƏRTAC-a istinadla geniş material yayıb.

“Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev COVID-19-a qarşı BMT-nin reaksiyasını təqdir edib” sərlövhəli materialda dövlətimizin başçısının Dünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə üzv dövlətlərin tələbatını öyrənmək üçün Hərəkatın üzvü olan dövlətlərin sorğu materiallarından istifadəsini yüksək qiymətləndirdiyi qeyd edilib.

Prezident İlham Əliyevə istinadla bildirilib ki, pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib.

Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin adından BMT sisteminin COVID-19-la bağlı fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərinin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir”.

Pandemiyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirməsi, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırması barədə Prezident İlham Əliyevin fikirləri oxucuların diqqətinə çatdırılaraq vurğulanıb ki, pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Qeyd edilib ki, Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

BERNAMA agentliyi, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini diqqətə çatdırıb. Bu kontekstdə Prezident İlham Əliyevin çıxışından sitat gətirilib: “COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq”.

S.Xankişiyeva

 

Paylaş:
580

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər