Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

16:38 - 03 / 12 / 2019
Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 11 nömrəli xüsusi təhsil məktəbində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, “Biz cəmiyyətin ayrılmaz hissəsiyik” adlı tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev,  Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Əməkdar artist Fərqanə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəqs ansamblının bədii rəhbəri Günay Muradi, İdarənin, Nərimanov Rayon İcra Hakimiyyətinin, “Umid var” xeyriyyə cəmiyyətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, məktəb direktorları, şagirdlər, valideynlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Öncə BŞTİ rəhbərliyi 11 nömrəli xüsusi təhsil məktəbinin tədris prosesi ilə yaxından tanış olub.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahzadə İsgəndərova xüsusi təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Çıxışı zamanı direktor xüsusi təhsil məktəbinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 11 nömrəli xüsusi təhsil məktəbi 1937-ci ildə inşa edilib. 2018-ci ilin oktyabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Məktəb direktoru 694 nəfərin evdə, 147 şagirdin isə məktəbdə təhsil aldığını qeyd edib.

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev hər il dekabrın 3-də Beynəlxalq Əlillər Gününün qeyd edildiyini və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsinin qəbul olunduğunu bildirib.

R.Tağıyev ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. İdarə müdiri xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb. Həmçinin R.Tağıyev Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu qeyd edib.

İdarə müdiri çıxışı zamanı sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Əməkdar artist Fərqanə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəqs ansamblının bədii rəhbəri Günay Muradi, 11 nömrəli xüsusi təhsil məktəbinin direktor müavini Mehparə Abdulxaliqova bildiriblər ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, hər kəsin vətəndaşlıq borcudur.

Daha sonra 11 nömrəli xüsusi təhsil məktəbinin açılışından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə şagirdlərin ifasında təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları şagirdlərlə xatirə şəkli çəkdiriblər.

S.Xankişiyeva

Paylaş:
1144

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər