1news.az

Binəqədi qəsəbəsində karantin rejimini pozan çay evi aşkarlandı - FOTO

10 Aprel saat 14:35 ~ 1 dəqiqəlik oxu 493
Binəqədi qəsəbəsində karantin rejimini pozan çay evi aşkarlandı - FOTO

Binəqədi qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Səfalı Rüstəmovun qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan material məhkəməyə göndərilib.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net