“Bravo” supermarketlər şəbəkəsində “Avrora” şirkətinin “Uşaqlara sevinc bəxş et” adlı aksiya – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bravo” supermarketlər şəbəkəsində “Avrora” şirkətinin “Uşaqlara sevinc bəxş et” adlı aksiya – FOTO

14:45 - 18 / 10 / 2019
“Bravo” supermarketlər şəbəkəsində “Avrora” şirkətinin “Uşaqlara sevinc bəxş et” adlı aksiya – FOTO

Çətinlik çəkən körpələrə yardım - Uşaqlara sevinc bəxş et.

Məhz bu məqsədi rəhbər tutub “Avrora” şirkəti “Bravo” supermarketlər şəbəkəsində sosial xeyriyyə tədbirinə başladı.

"Avrora" şirkəti “Bravo” supermarketlər şəbəkəsində bu gündən etibarən start verən “Made in Azerbajan” festivalı çərçivəsində yüksək keyfiyyətli buğdadan hazırlanan “Doymak”  makaron çeşidlərini təqdim edir, hansı ki, Azərbaycan bazarında 15 il tarixinə malik yeganə makaronlardır.

"Doymak" artıq 15  ildir ki, bazardadır və bu müddət ərzində bu marka öz milli marka şüarını doğruldaraq Azərbaycan əhalisinin sevgisini qazanmağa nail olub.

“Bravo” supermarketlər şəbəkəsinin 3 mağazasında - "20 Yanvar", "Koroğlu" metrostansiyaları və Radiozavodun yaxınlığında xüsusi “Doymak”  stendləri quraşdırılıb. Onlardan məhsul almaqla hər bir alıcı çətin şəraitdə yaşayan körpələrə yardım etmiş olur.

Hər alışdan 0,10 AZN xeyriyyə üçün köçürüləcək. Sosial dəstəyə ehtiyacı olan uşaqlara alıcıların yardım simvolu olan  “Doymak”  jeton-qəpikləri şəxsən özləri  tərəfindən atmaq üçün stendlərin üstündə xüsusi şəffaf qutular quraşdırılıb.

Aksiya #1 usaginsevinci adlı hashtag altında keçiriləcəkdir.

“Avrora” şirkəti sosial yönünmlü problemlərin həllində marağı olan təşkilatlar sırasına daxildir. 2004-cü ildən fəalliyətə başlayıblar və qısa zaman ərzində müasir standartlara cavab verən geniş satış şəbəkəsi yaratmışlar.

“Avrora” ölkənin bütün əraziləri üzrə öz məhsullarının istehsalı və çatdırılması ilə məşğuldur.

Bundan əlavə “Avrora” şirkəti alkoqollu və qazlı içkilərin, ət və süd məhsullarının, dünyaca məşhur satış nişanlarının un və qənnadı məmulatlarının geniş istehsalçısı və distrübütorudur. “Avrora” şirkətinə kolbasa, makaron, qənnadı və energetik içkilər istehsal edən 4 fabrik məxsusdur.

"Bu cür aksiya ilk dəfədir ki, təşkil olunur, lakin biz onun hər il keçirilməsini planlaşdırırıq. Bu dəfə biz himayəmizə Masazır qəsəbəsində tikilmiş 1-ci sosial evdə yaşayan uşaqları götürmüşük. Orada 365 ailə, internat  və  uşaq evinin məzunları, məktəbəqədər və məktəb yaşlı 300 uşaq yaşayır.

Şirkətimizin nümayəndələri onlarla görüşdü, uşaqların qış geyimləri, ayaqqabı və sair şeylərə ehtiyacları olduğunu öyrəndilər".

Layihə rəhbəri Səadət Əhmədova bildirdi ki, xeyriyyə aksiyası noyabr ayının 10-dək davam edəcək və bütün toplanan vəsaitlər körpələrin ehtiyaclarına xərclənəcək.

Onun sözlərinə görə, daha çox vəsait toplanarsa, bu evin körpələrinə hətta Yeni il hədiyyələri də veriləcək.

Səadət Əhmədova bu aksiyanın  bir çox insaların ürəyincə olacağına əmin olduqlarını və aksiyada daha çox insanın iştirak etməsi məqsədi ilə bu məlumatın yayılmasına dəstək üçün Azərbaycan sakinlərinə üz tutub, sosial şəbəkələrdə  #1 usaginsevinci adlı hashteg altında paylaşılmasını xahiş etdi.

Bu isti aksiyaya qoşulaq, xeyirxah işlər görək!

Reklam hüququnda

 

Paylaş:
974

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər