Bu ölkədə sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək

16:31 - 25 / 09 / 2020
Bu ölkədə sağlam həyat tərzi keçirən sakinlərə pul ödəniləcək

Sinqapur hökuməti "Apple" korporasiyasını səhiyyə sahəsində "LumiHealth" adlı ikiillik proqrama tərəfdaş kimi cəlb edib. Bu təşəbbüs sayəsində "Apple Watch" "ağıllı" saatından istifadə edən ölkə sakinləri öz sağlamlıqlarına nəzarət edə və sağlam həyat tərzinə görə pul mükafatı qazana bilərlər.

1news.az ictnews.az-a istinadən bildirir ki, proqramın iştirakçılarına "Apple"ın "ağıllı" saatları ilə yanaşı, "iPhone" və 2020-ci ilin oktyabrında "App Store" onlayn mağazasında əlçatan olacaq "LumiHealth" mobil tətbiqi lazım olacaq.

Proqrama qoşulmağa qərar vermiş Sinqapur sakinləri mobil tətbiqdəki tapşırıqları yerinə yetirmək və qoyulmuş hədəfə nail olmağa görə təxminən 280 ABŞ dolları qazanmaq imkanı əldə biləcəklər. Xüsusilə yeriş, fiziki tapşırıqlar, üzgüçülük və ya yoqa kimi fiziki fəaliyyət təşviq ediləcək. Bundan başqa, "LumiHealth" tibbi müayinə və profilaktik peyvəndlər üçün fərdiləşdirilmiş proqramlar və xatırlatma təklif edəcək. Mobil proqramda reallaşdırılmış yarış komponenti istifadəçiləri daha sağlam yeməklər seçməyə və yuxu rejiminə riayət etməyə sövq edəcək.

1news.az

Paylaş:
657

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15
Bütün xəbərlər