Bu şəhərdə koronavirusa yoluxma üzrə rekord yeniləndi | 1news.az | Xəbərlər
Dünya

Bu şəhərdə koronavirusa yoluxma üzrə rekord yeniləndi

18:26 - 31 / 07 / 2020
Bu şəhərdə koronavirusa yoluxma üzrə rekord yeniləndi

Yaponiyanın paytaxtında son sutka ərzində koronavirusa yoluxanların sayı 400 nəfəri ötüb. Bu, Tokioda koronavirusun yayılmağa başlamasından sonra qeyd alınan ən yüksək göstəricidir.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə iyulun 31-də NHK telekanalı məlumat yayıb. Son günlər həm paytaxtda, həm də digər regionlarda yoluxma hallarının sayının artmasına baxmayaraq, hökumət fövqəladə vəziyyət rejiminin yenidən tətbiq edilməsinə ehtiyac olmadığını bildirir.

"Əgər vəziyyəti ümumilikdə qiymətləndirsək, düşünmürük ki, fövqəladə vəziyyətin tətbiqinə və ölkədə sosial-iqtisadi fəallığı kəskin məhdudlaşdırmağa ehtiyac var", - Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransı zamanı bildirib. O, həmçinin qeyd edib ki, Yaponiya hökuməti hazırda baş verənləri koronovirus pandemiyasının ikinci dalğası kimi qəbul etmir, lakin həm hökumət, həm də ekspertlər komissiyası vəziyyəti ciddi nəzarətdə saxlayır.

Paytaxt üzrə işçi qrupun iclasında çıxış edən qubernator Koike Yuriko isə restoranların və gecə barlarının daha tez bağlanması üçün müraciət edəcəyini bildirib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 35 min 500 nəfəri ötüb. Bu xəstəlik nəticəsində 1020 nəfər həyatını itirib.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər