Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək

12:22 - 12 / 08 / 2020
Buraxılış imtahanında iştirak etməyənlər qəbul imtahanında iştirak edə biləcək

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

Bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər. Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.

Qafar Ağayev

Paylaş:
447

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər