Çağırışçılara MÜRACİƏT: “Özünü qoru ki, Vətəni qoruya biləsən!” | 1news.az | Xəbərlər
Cəmiyyət

Çağırışçılara MÜRACİƏT: “Özünü qoru ki, Vətəni qoruya biləsən!”

14:20 - 06 / 04 / 2020
Çağırışçılara MÜRACİƏT: “Özünü qoru ki, Vətəni qoruya biləsən!”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) çağırışçılara müraciət edib.

1news.az xəbər verir ki, SHXÇDX müraciətdə çağırışçıları koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırıb:

"Əziz çağırışçılar!

Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılmışdır.

Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.

Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir".

Qafar Ağayev

Paylaş:
573

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər