1news.az

Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub

26 Noyabr saat 15:49 ~ 1 dəqiqəlik oxu 2070
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub

Bu ilin 25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net