Ceyms Şarp: “Daha təmiz enerji mənbələrinə keçidi sürətləndirməyin vaxtı çatıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ceyms Şarp: “Daha təmiz enerji mənbələrinə keçidi sürətləndirməyin vaxtı çatıb”

17:36 - 24 / 09 / 2020
Ceyms Şarp: “Daha təmiz enerji mənbələrinə keçidi sürətləndirməyin vaxtı çatıb”

Planetimizin gələcəyi üçün həlledici bir zamanda yaşayırıq. Qlobal səviyyədə temperaturun dayanmadan yüksəlməsi, fırtına və qasırğaların və kənd təsərrüfatı məhsulunun məhv olması hallarının sayı artmaqdadır. Azərbaycanda da sözügedən proseslərin yağıntıların həcminə və su təchizatına göstərdiyi təsirlərin şahidi olmuşuq.

1news.az xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərabaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın məqaləsində qeyd olunur. Sözügedən məqaləni təqdim edirik:

“Birləşmiş Krallığın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi növbəti İqlim Dəyişikliyi Konfransına (COP26) qədər qalan 14 ay ərzində planetimizi qorumaq üçün dünyada iqlim dəyişikliyinə dair fəaliyyətlərimizi daha da iddialı etməliyik. BEA (Beynəlxalq Enerji Agentliyi) və IRENA-nın (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) hesablamalarına əsasən Paris Sazişinin hədəflərinə çatmaq üçün qlobal səviyyədə təmiz enerjiyə keçid prosesi indikindən dörd-altı qat daha sürətli olmalıdır. Zamanında dünyanın ən iri kömür istehlakçısı olan Böyük Britaniya, iqlim dəyişikliyi ilə mübarizə səylərinin iqtisadi artıma zidd olmadığını bariz şəkildə nümayiş etdirmişdir. 1990-cı ildən etibarən Böyük Britaniyanın karbon dioksid emissiyası 42% azalmış, iqtisadiyyatımız isə eyni dövr ərzində 73% artmışdır.

Uğurumuzun əsas şərti kömürdən tədricən imtina edərək, 2010-cu ildən başlayaraq kifayət qədər ucuzlaşan bərpa olunan enerji mənbələrinə keçid olmuşdur. Günəş və külək enerjisinin istehsalı üçün tələb olunan xərclər 2018-ci ildə 13% azalmışdır. 2012-ci etibarən Böyük Britaniyada dənizdə yerləşən külək enerjisi mənbələrindən əldə olunan enerjinin istehsal dəyəri 70%-dən çox düşmüşdür. Aparılan təhlillərə əsasən bərpa olunan enerjiyə sərmayələrin artırılması 2050-ci ilə qədər qlobal səviyyədə əlavə 42 milyon iş yeri təmin edəcək ki, bu da hazırki göstəricilərinin dörd mislini təşkil edir.

Növbəti konfrans çərçivəsində Böyük Britaniya hər bir ölkənin bərpa olunan enerji potensialını daha sürətlə böyütmək məqsədilə sərmayələrə və dəstək proqramlarına çıxışını təmin etmək üçün ölkələri, inkişaf banklarını, investorları, sənaye və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. İnkişaf etməkdə olan ölkələrin dayanıqlı və etibarlı enerji alternativləri tapmasına kömək etmək üçün Böyük Britaniya, Yaşıl İqlim Fonduna 1,4 milyard, Ayrton Fonduna isə bir milyard funt sterlinq məbləğində vəsait ayırmışdır.

Qoşulmama Hərəkatına (NAM) sədrlik edən ölkə qismində Azərbaycan da bu səylərin irəli aparılması üçün qlobal 4 səviyyədə lider rolunu oynaya bilər. Qoşulmama Hərəkatının 120 üzvünün əksəriyyəti iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələrdir. Bunu nəzərə alaraq, Azərbaycan daha təmiz enerji mənbələrinə keçidlə bağlı həyata keçirdiyi layihələri də geniş şəkildə nümayiş etdirə bilər. Xəzər dənizinin enerji ehtiyyatlarının inkişafı sahəsində Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığın tarixçəsi artıq üçüncü onilliyini başa vurmaqdadır. Biz, neft və qazdan bərpa olunan enerjiyə və yaşıl artıma keçid çərçivəsində də önümüzdəki onilliklər ərzində sıx tərəfdaşlığın inkişaf etdirilməsinə ümid edirik.

Azərbaycanın uzunmüddətli strateji tərəfdaşı olan BP şirkəti 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirmək öhdəliyini götürüb və bu baxımdan tullantıların azaldılması və bərpa olunan enerji mənbələrinə keçid prosesində Azərbaycana dəstək verməyə hazırdır. Böyük Britaniya tədqiqat və yenilik, istehsal, bərpa olunan enerji mənbələrinin inşası və istismara verilməsi, habelə bu sektorda siyasətin formalaşması və tənzimləməni əhatə edən geniş təcrübəyə malikdir. Məsələn, 7,6 QV istehsal gücünə malik dünyanın ən böyük offşor (dənizdə) külək enerjisi qurğuları Böyük Britaniyanı bu sahədə ən qabaqcıl ölkə edir. Təmiz enerjiyə keçidin əhəmiyyəti əlavə sübutlar tələb etmir. Bərpa olunan enerjiyə keçərək biz həm tullantıları azalda, həmçinin də yaşıl və dayanıqlı iqtisadi artıma təkan verə bilərik. Planetimiz üçün həlledici və dönüş nöqtəsi olan bu məqamda vaxt itkisinə yol verməməliyik”.

1news.az

Paylaş:
1645

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər