Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO

16:30 - 02 / 04 / 2020
Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO

Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası tərəfindən yardımın təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

R.Həsənov çıxışında tədbirin Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayaraq bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir müavini hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və "Vahid Çin" prinsipi məsələlərində bir-birlərini dəstəklədiklərini, eləcə də çoxtərəfli formatlarda əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Çinin təşəbbüsü olan "Bir Kəmər-Bir Yol" layihəsində son illər ərzində ölkəmizin fəal iştirakının ticarət, yüksək texnologiyalar, sərmayələr, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Hazırda qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəyliyin nümayiş edildiyi məmnunluqla vurğulanıb. ÇXR-in Azərbaycana COVİD-19 infeksiyasının müəyyən edilməsi üçün test dəstlərinin hədiyyə etməsinin bu dostluğun bariz nümunəsi olduğunu qeyd edən R.Həsənov göstərilən dəstəyə görə Çin xalqına və hökumətinə minnətdarlığını ifadə edib. O, Azərbaycanın da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirdiyini və ona kömək məqsədi ilə maddi və mənəvi dəstəyini əsirgəmədiyini bildirib.

Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf edən bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini, eləcə də Çin ilə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirdiyini vurğulayıb. Yeni koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda, heç bir çətinlik və təhlükədən qorxmayan Çin hökuməti və Çin xalqının böyük fədakarlıqla ölkədə epidemiyanın qarşısının alınması tədbirlərindən bəhs edən xanım Səfir, hazırda mövcud vəziyyətin yaxşılaşmaqda davam etdiyini, istehsal və həyat tərzinin sürətlə bərpa olunduğunu səsləndirib. O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğulayıb. Cənab Prezident İlham Əliyev tərəfindən dərhal cənab sədr Si Cinpinə başsağlığı məktubunun göndərildiyi qeyd olunub. Eləcə də Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən epidemiya qarşısının alınması üçün materialların bağışlanması, Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq kanallar vasitəsilə Çin ilə fəal şəkildə həmrəy olduqlarını ifadə etdikləri Səfir Qo Min tərəfindən məmnunluqla qeyd olunub. Çin ilə Azərbaycan arasındakı dostluğu əks etdirmək üçün, Çin hökumətinin 5 000 nəfərlik yeni növ koronavirus epidemiyasının aşkarlayıcı testlərinin Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldiyi xanım səfir tərəfindən səsləndirilib. Çinin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcəyi bildirilib.

Daha sonra çıxış edən AR Səhiyyə nazirinin müavini Viktor Qasımov hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığını qeyd edərək, bu xüsusda infeksiyanın Azərbaycandan da yan keçmədiyini təəssüflə bildirib. Dövlət başçısının birbaşa rəhbərliyi altında Azərbaycan hökumətinin infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və təsirli tədbirlər həyata keçirdiyi qeyd olunub. V.Qasımov Azərbaycan həkimlərinin infeksiya ilə mübarizədə bu gün qəhrəmancasına fəaliyyət göstərdiklərini vurğulayıb. O, Çin hökumətinin və xalqının koronovirus epidemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini ÇXR tərəfinə çatdırıb. Nazir müavini, həmçinin Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min "Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları" imzalanıb.

1news.az

Paylaş:
808

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər