“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb

16:03 - 16 / 08 / 2018
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti veriliş Gəncə şəhərinə həsr edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, radioverilişin qonağı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev olub.

Əvvəlcə Con Batçelor Gəncə şəhərinin tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanın digər şəhərləri kimi, Gəncə şəhəri də sürətlə inkişaf edir. Vurğulayıb ki, verilişin hazırlanmasında əsas məqsəd amerikalı dinləyiciləri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ilə yaxından tanış etməkdir.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin bütün şəhərlərinin inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Gəncə qədim şəhərdir, Nizami yurdudur. Şəhərdə bir çox parklar, xiyabanlar, muzeylər var. Lakin bu deyilənlərin canlı şahidi olmaq üçün, əlbəttə ki, Azərbaycana, Gəncəyə səfər etmək lazımdır.

Amerikalı aparıcı Gəncə şəhərində kənd təsərrüfatının da inkişaf etdiyini deyib, insanların həvəslə əkinçiliklə məşğul olmalarını yüksək qiymətləndirib.

İcra başçısının birinci müavini vurğulayıb ki, dövlətimizin başçısının tapşırığı ilə ölkəmizdə qeyri-neft sektoru inkişaf etdirilir, o cümlədən kənd təsərrüfatı, turizm sahələrində böyük uğurlar əldə olunub. “Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bundan ibarətdir ki, hər bir vətəndaşın güzəranı yaxşı olsun. Görülən bütün işlər bu istiqamətdədir”, - deyə Elnur Rzayev əlavə edib.

Verilişdə bu yaxınlarda Gəncə şəhərində törədilən təxribatlara da toxunulub.

Elnur Rzayev bildirib ki, təəssüf, bəzi qüvvələr Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən istifadə etməyə cəhd göstərirlər.

Xatırladaq ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.

S.Xankişiyeva

 

Paylaş:
616

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər