Daha bir beynəlxalq maliyyə təşkilatı “Bank Respublika”nı seçdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha bir beynəlxalq maliyyə təşkilatı “Bank Respublika”nı seçdi – FOTO

09:50 - 13 / 12 / 2019
Daha bir beynəlxalq maliyyə təşkilatı “Bank Respublika”nı seçdi – FOTO

Uzun fasilədən sonra artıq üçüncü nəhəng beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı!

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb. İmzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.

İlk razılaşma Aİ və AYİB-in təşəbbüsü ilə həyata keçirilən AZAFF kənd təsərrüfatı layihəsi çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb. Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.

Qeyd edək ki, bu Bankın cari ildə beynəlxalq maliyyə təşkilatı ilə bağladığı sayca üçüncü böyük müqavilədir. Bu isə, banka  beynəlxalq maliyyə bazarında olan yüksək etimadın göstəricisidir. 2019-cu ildə Bank Respublika Hollandiya İnkişaf Bankı (FMO) ilə kredit sazişi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta-svopu müqaviləsi bağlayıb.

“AYİB-in Azərbaycanın maliyyə bazarına qayıtması, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatında əlverişli investisiya mühitinin yarandığından xəbər verir.  AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bizim banka olan yüksək etimadın göstəricisi eləcə də, Azərbaycanın mikro, kiçik və orta biznes seqmentinin liderlərindən biri olmasının daha bir təsdiqidir. İmzalanan saziş, sahibkarlığa, xüsusən də regionlarda kənd təsərrüfatının inkişafı üçün kredit dəstəyini gücləndirməyə imkan verəcəkdir”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
468

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər