1news.az

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı - FİFA

12 Avqust saat 18:03 ~ 1 dəqiqəlik oxu 4300
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı - FİFA

DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.

1news.az apasport.az-a istinadla bildirir ki, bu barədə qərar FİFA və Asiya Futbol Konfederasiyası (AFC) arasında aparılan müzakirələrdən sonra verilib.

Hər iki qurum bu ilin oktyabr və noyabr aylarında baş tutmalı olan matçların 2021-ci ilə təxirə salınmasını məqsədəuyğun bilib. Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış təqvim sıxlığı olub. 

DÇ-2022-nin seçmə mərhələsi ilə yanaşı, təxirə salınan Asiya Kuboku-2023-ün seçmə mərhələ matçlarının yeni tarixləri ilə bağlı müzakirələr davam etdiriləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net