Deputat: “İmzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İmzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı”

16:18 - 12 / 01 / 2021
Deputat: “İmzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı”

Məlum olduğu kimi, 2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Səfər çərçivəsndə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalanıb.

Prezident İlham Əliyevin  Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsi kimi qiymətləndirilə bilər. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı  Hikmət Babaoğlu bildirib ki, yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş iki aydır davam edən postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi:

“Ancaq əlbəttə bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var idi. Bu həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizilik məslələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi.

Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi, o zaman yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Daha dəqiq desək, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. Bəyanatda qeyd olunan əsas məsələlər yol nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və doğurdan da hazırkı mərhələdə bu olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi.

Əslində hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhələdə regionun nəqliyyat kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir”.

H.Babaoğlunun sözlərinə görə, ən əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir:

“Bu olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekuliyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir”.

Qafar Ağayev

 

Paylaş:
398

Son xəbərlər

Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01
Bütün xəbərlər