Ədliyyə Nazirliyinin şəhid şöbə müdirinin ailəsindən VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Nazirliyinin şəhid şöbə müdirinin ailəsindən VİDEOREPORTAJ

14:21 - 04 / 12 / 2020
Ədliyyə Nazirliyinin şəhid şöbə müdirinin ailəsindən VİDEOREPORTAJ

Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində yaşayıram. 6 yaşında olan övladım atasıyla qürur duyduğunu söylədi. Axırıncı dəfə mənə dedi ki, ana, bu üzün ata olacaq, digər üzün ana. Ondan sonra necə yaşamayasan?!

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində şəhid Ruhin Xəlilovun həyat yoldaşı Günel Xəlilova deyir.

Şəhid R. Xəlilov Cəbrayıl rayonu Məzrə kəndində anadan olub, 6 yaşında isti ocağını tərk edib. 10 ilə yaxın müddətdə Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

O sevdiyi qadını, 3 azyaşlı övladını, yaşlı ata- anasını soyuq səngərə dəyişib. Vətən müharibəsi başlayandan könüllü cəbhəyə yollanıb. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin atası Müzəffər Xəlilov deyir ki, 1993-cü ildə öldürülən anasını da şəhid hesab edir: "Anamı ermənilər öldürdü. O, çox vətənpərvər biri idi. Oğlum ora getmək istəyirdi, orda da ölmək istəyirdi".

Şəhidin bacısı Gülnar Xəlilova deyir ki, qəhrəman qardaşı hələ Tovuz hadisələri zamanı orduya könüllü yazılıbmış: "Bizim ondan xəbərimiz olmayıb. Sonra da gedib sentyabrın 27-si qeydiyyatdan keçib, ayın 1-i də ki, çıxıb getdi..."

1news.az

Paylaş:
629

Son xəbərlər

Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02
Bütün xəbərlər