1news.az

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib – VİDEO

27 Mart saat 20:13 ~ 1 dəqiqəlik oxu 2340
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib.

Müdafiə nazirliyindən 1news.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi həyata keçirirlər.

Hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir. Növbəti dəfə isə ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində 23 mm-lik zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilib.

Atışlar zamanı əsas diqqət aşağı hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilib.

Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar. 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net