Erməni tələsi: Evlərində əsgərlərimiz üçün zəhər qoyub gedirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni tələsi: Evlərində əsgərlərimiz üçün zəhər qoyub gedirlər

11:07 - 25 / 11 / 2020
Erməni tələsi: Evlərində əsgərlərimiz üçün zəhər qoyub gedirlər
Sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin yemək yeyərkən turşu və mürəbbədən istifadə etməsi və bunların "ermənilərdən qalması”nı bildirməsi videolarının yayılmasından sonra ermənilər tələ hazırlamağa qərar veriblər.
 
1news.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən bu cür "ərzaq”lar saxlayırlar. Ehtimal edirlər ki, Azərbaycan əsgərləri evlərə baxış keçirərkən bu ərzaqları tapacaq və istifadə edəcəklər. Ona görə də həmin turşu, mürəbbə və s. kimi qablaşdırılmış məhsulları zəhərləyib, evlərin görünən yerində qoyub gedirlər.
 
Sosial şəbəkə istifadəçiləri bu tip ərzaqlara əl vurmaması üçün əsgərlərimizə çağırış ediblər.
 
Qeyd edək ki, yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcı maddələrin qoyulması hallarının da müşahidə edildiyi haqda məlumatlar var.
 
Xatırladaq ki, 9 noyabrda imzalanan üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam rayonu Ordumuzun nəzarətinə verilib. Bu gecə - 25 noyabrda Kəlbəcər, 1 dekabra qədər isə Laçın rayonu Azərbaycanın nəzarətinə veriləcək.
 
Ordumuz son 20-25 ildə işğal edilən Azərbaycan kəndlərində məskunlaşan mülki ermənilərin getməsi üçün hər cür şərait yaradır, hətta onların əşyalarını yığmasına da yardım edir. Ordumuzun bu qədər humanistliyinə ermənilərin tələlərlə, zəhərlə cavab verməsinin isə adı var: bu, ermənilikdir!
 
1news.az
Paylaş:
431

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər