Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb

16:07 - 26 / 10 / 2020
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb

Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, nəticədə meşə yanğını başlayıb:

"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".

1news.az

Paylaş:
431

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər