Fairmont oteldə “Travelport” şirkətinin Azərbaycan ofisi öz təqdimatını keçirdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fairmont oteldə “Travelport” şirkətinin Azərbaycan ofisi öz təqdimatını keçirdi – FOTO

14:20 - 18 / 10 / 2019
Fairmont oteldə “Travelport” şirkətinin Azərbaycan ofisi öz təqdimatını keçirdi – FOTO

“Travelport”  səyahət məhsullarını satmaq və idarə etmək təcrübəsinə malik olan texnologiya şirkətidir.

Şirkət dünyanın aparıcı turizm provayderləri ilə aviaşirkətləri onlayn və oflayn olaraq alıcılarla birləşdirərək səyahət ticarətini asanlaşdırır. Şirkətin bir çox rəqəmsal məsulları “Apollo”, “Worldspan” və onlardan “Galileo” sistemi Azərbaycanda geniş yayılmışdır.

“Travelport”  hava yolları, otel, avtomobil icarəsi, mobil ticarət və B2B ödəniş həlləri sahəsində lider mövqeyə malikdir. Şirkət həmçinin aviaşirkətlərə alış-veriş, bilet, yola düşmə nəzarəti və digər həllər kimi vacib xidmətlər göstərir. “Travelport”  3700 işçisi var və təxminən 180 ölkə və ərazidə təmsil olunur.

“Travelport” Azerbaijan-ın təqdimat gecəsində bir çox spikerlər çıxış edərək qonaqları məlumatlandırmışdır.

İlk olaraq  “Travelport”  Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Bayramov qonaqları salamlayaraq dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürlərini bildirib. “Travelport”un artıq 50 ilə yaxın fəaliyyət göstərdiyini və 25 ilə yaxındır ki, “Galileo” GDS sistemi ilə Azərbaycanda təmsil olunduğunu vurğulayıb. Şirkət Azərbaycanla yanaşı dünyanın 180 ölkəsində təmsil olunur. “Travelport”  ailəsində baş verən yeniliklər barədə məlumat vermək üçün o Gavin Tealeni səhnəyə dəvət edib.

Gavin Teale “Travelport” şirkətinin Şərqi Avropa, Rusiya və MDB üzrə İdarəçi Menecer vəzifəsini yerinə yetirir. O, öz çıxışında və video təqdimatlarında şirkətin yeni investisiya mərkəzlərindən və ən əsas yeni texnologiyalara və innovasiyalara diqqət yönəldib. Artıq dünyada süni intellekt və səs ilə idarəetmə texnologiyaları geniş vüsət alıb və bu yeniliklərdən istifadə edərək “Travelport”  şirkəti daima qabaqcıl olamağa çalışır. Öz çıxışının sonunda o, sözü Shaheen Premaniyə ötürdü.

Shaheen Premani – Baş əməliyyat direktoru

Öz təqdimatında tarixə ekskurs edərək bronlaşdırma sisteminin tarixindən danışıb.

Sonra Emil Bayramov səhnəyə qayıdaraq öz sahələri üzrə peşəkarlardan ibarət qurduğu komandasını səhnədə qonaqlara təqdim edib.

Həmçinin bir çox ölkələrdən Böyük Britaniya, Türkiyə, Pakistan, Rusiya, Polşa, Qazaxıstan, Özbəkistandan gələn nümayəndələrlə birlikdə Azərbaycanda uzun illərdir tərəfdaşlıq etdiyi turizm şirkətləri rəhbərlərini səhnəyə dəvət edərək öz dərin təşəkkürünü bildirib.

“Travelport” Azərbaycan ölkəmizin turizm bazarında öz innovativ məhsullarını və yüksək servis göstərərək “Travelport”  şirkətini təmsil edəcək. Azərbaycanda turizmin inkişafına həmçinin turaqentlərin professional inkişafına öz töhfəsini verərək yeni nəsil kadrlar hazırlayacaq.

Reklam hüququnda

 

 

Paylaş:
1229

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər