1news.az

Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlanıb

31 May saat 15:07 ~ 1 dəqiqəlik oxu 1590
Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Goranboyda sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

Daxili İşlər Nazirlyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan itifadə edilməsi də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net