Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar

09:24 - 17 / 02 / 2020
Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar

Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 13 medal qazanıblar. Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisi ümumilikdə 13 (iki qızıl, iki gümüş və doqquz bürünc) medal qazanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yarışın sonuncu günündə beş çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Fevralın 16-da Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) komandamızın aktivinə bürünc medal yazdırıb. Bir gün əvvəl isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc mükafata sahib olublar. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini beş medalla başa vurub.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvlərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanaraq Avropa çempionatında tarixi uğura imza atıblar. İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.

Qadın güləşi üzrə yığmamızın heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yerdə qərarlaşıb.

1news.az

Paylaş:
856

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər