“Harınlamış məmurlara qarşı bu günlərdə apardığınız mübarizə hamımızı sevindirir” - Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Harınlamış məmurlara qarşı bu günlərdə apardığınız mübarizə hamımızı sevindirir” - Prezidentə yazırlar

21:55 - 30 / 05 / 2020
“Harınlamış məmurlara qarşı bu günlərdə apardığınız mübarizə hamımızı sevindirir” - Prezidentə yazırlar

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.

1news.az Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir:

Kəlbəcərdən məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Əfqan Zeynalov yazır: “Möhtərəm Prezident, cənab Ali Baş komandan, dünyanı cənginə alan pandemiya ilə mübarizədə həmişə olduğu kimi, atdığınız düzgün addımlar, səmərəli tədbirlər nəticəsində vətəndaşlarımızın bu təhlükəli virusa yoluxma riskini minimuma endirə bilmisiniz. Müxtəlif xəstəlikləri və əlillik dərəcələri olan Qarabağ qaziləri üçün koronavirus böyük təhlükəlidir. Belə bir çətin dövrdə vətəndaşlarımızın bu pandemiyadan xilas olunması uğrunda mübarizəniz Sizin vətənpərvərliyinizi, cəsur sərkərdəliyinizi bir daha sübut etdi. Mən bütün xalqım adından, Qarabağ qaziləri adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, həmçinin Sizi və ailə üzvlərinizi müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə təbrik edirəm. Allah Sizi qorusun!”.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndindən Səfər Hüseynov: “Hörmətli cənab Prezident, Sizə müraciət etməyimin əsas məqsədi səmimi minnətdarlığımı bildirməkdir. Mən çox şadam ki, ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu tərəqqi strategiyası ilə Azərbaycanımız uğurla irəliləyir, gündən-günə inkişaf edir, çiçəklənir. Bir zamanlar Ümummilli Liderimiz tərəfindən Azərbaycanımız vətəndaş müharibəsindən, parçalanmadan və tənəzzüldən xilas edildiyi kimi, bu gün də Sizin apardığınız siyasət nəticəsində Azərbaycan xalqı gözə görünməyən düşməndən - COVID-19 pandemiyası bəlasından xilas olunmaqdadır. Qəbul etdiyiniz qərarlar nəticəsində Azərbaycanımız böyük dövlətlərlə müqayisədə bu bəladan ən az zərər çəkən ölkələrdən biridir. Xalqımızın sağlamlığının qorunması sahəsində qəbul etdiyiniz qərarlar ulu öndər Heydər Əliyev strategiyasının düzgünlüyünü növbəti dəfə sübut etmişdir. Cənab Prezident, bütün bunlar üçün bir daha Sizə minnətdarlığımı bildirirəm. Var olun!”.

Neftçaladan Nuriyyə Qədirovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, Siz pandemiya dövrünə baxmayaraq, ölkədə yeni iş yerləri yaratdınız. Mən neçə illər idi ki, işsiz idim. Xəstə anamın himayəsində qalırdım. Sizə böyük təşəkkür edirəm ki, mənim kimi işsizlər işlə təmin olunduq. Uca Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Mən həmişə fəxr etmişəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Siz Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdən bu günə kimi ölkədə güclü iqtisadiyyat yaratdınız. Siz həmişə hər bir vətəndaşın yanında olmusunuz. Harınlamış məmurlara qarşı bu günlərdə apardığınız mübarizə hamımızı sevindirir. Bizə bu sevinci yaşadan Sizin qüdrətinizdir. Allah-Təala Sizi heç vaxt bizim xalqın başı üzərindən əskik etməsin. Sizə anamın adından da böyük təşəkkürümüzü bildirirəm”.

Bakının Yasamal rayonundan Asim Abasov: “Hörmətli cənab Prezident, mən Sizin fəaliyyətinizi izlədikcə qürur hissi ilə ümummilli lider Heydər Əliyevin kəlamını təkrarlayıram: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Bu qürur hissini bizə yaşatdığınıza görə çox sağ olun. Bu torpaqda, Azərbaycanda dünyaya gəldiyimə, Sizin kimi rəhbərim olduğuna görə şanslı insanam. Yürütdüyünüz siyasətə, Azərbaycanımızın inkişafı, insanlarımızın sağlamlığının qorunması naminə atdığınız addımlara görə Sizə təşəkkür edirəm. Mənim 2 övladım var. Mən və ailə üzvlərin hər an dövlətin keşiyində durmağa hazırıq. Sizin uzaqgörən siyasətiniz sayəsində xalqımız əmin-amanlıq şəraitində yaşayır. Sizi çox sevir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız daha da inkişaf edəcək. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Biz Sizinlə fəxr edirik!”.

Qazaxın Xanlıqlar kəndindən Orxan Əliyev: “Möhtərəm cənab Prezident, Vətənini, millətini sevən hər kəs dünya ölkələrinin iqtisadi cəhətdən böhran keçirdiyi bir vaxtda koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlərə, xalqa möhtəşəm dəstəyiniz və yardımınıza görə Sizə “Çox sağ ol!” deyir. Sizin təşkilatçılıq bacarığınız, hər zaman insan amilinə önəm verməyiniz xalqımız tərəfindən yüksək dəyərləndirilir. Sizin qətiyyətli və mütəşəkkil fəaliyyətiniz sayəsində bu gün ölkəmizin ən ucqar kəndlərində belə insanlara qayğı ilə yanaşılır. Vətəndaşların qarşılaşdıqları problemlərin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu gün uğurlu kadr islahatlarınız sayəsində insanlarla müvafiq icra hakimiyyəti orqanları arasında olan ünsiyyət problem aradan qaldırılıb. Hər kəs qarşılaşdığı çətinliklə bağlı müraciət edir. Problemlər öz həllini tapır. Vətəndaş onu dinləməyi bacaran, öz işinin məsuliyyətini dərk edən, vicdanlı məmurlarla qarşılaşır. Bu amil bizim dövlətimizə və onun gələcəyinə olan inamımızı daha da artırır. Qazax rayonu Xanlıqlar kəndi S.Vurğun küçəsinin sakinlərinin 50-60 ildir ki, qarşılaşdığı tullantı sularının axıdılması problemi də öz həllini tapmışdır. Cənab Prezident, xalqımız üçün gördüyünüz işlərə görə Sizə kənd sakinləri adından dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq”.

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindən Vüqar Bayramov: “Hörmətli cənab Prezident, Sizin bütün addımlarınız, qərarlarınız bir daha göstərdi ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz dövrdə belə xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər dünya ölkələrinə nümunədir. Xalqımızın sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir. Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə məni tələbə olaraq dövlət təqaüdü, bacımı isə müəllim olaraq əməkhaqqı ilə təmin etdiniz. Bu, Sizin bir daha tələbələrə, gənclərə həm maddi, həm də mənəvi cəhətdən göstərdiyiniz qayğının bariz nümunəsidir. Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı və ölkəmizin daha da inkişafı naminə güc-qüvvət arzulayıram”.

Abşeron rayonunun Saray qəsəbəsindən şagird Günay Hüseynli: “Hörmətli cənab Prezident, mən, Hüseynli Günay Məsum qızı Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 6a sinif şagirdiyəm. Bir Azərbaycan övladı olaraq xalqımızın rifahı naminə etdiyiniz təmənnasız yaxşılıqlardan məlumatlıyam və Sizə bu təşəkkür məktubunu yazmağı özümə borc bilirəm. Siz qabaqlayıcı tədbir olaraq, biz şagirdlərin sağlamlığını düşünərək mart ayının əvvəlindən bütün ümumtəhsil müəssisələrinin fəaliyyətini dayandırdınız. Bu, biz vətəndaşların sağlamlığına verdiyiniz önəmin bariz nümunəsidir. Bizləri düşündüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Biz də öz vəzifələrimizi dərk edərək "Evdə qal, təhsildən qalma" aksiyasına qoşulduq. Bizə yaratdığınız şəraitdən istifadə edərək "Dərs saatı" və müəllimlərimizin bizə onlayn keçdikləri dərslər vasitəsilə gələcəkdə dövlətimizin müxtəlif sahələrinin inkişafına töhfə vermək üçün səylə çalışırıq. Bu koronavirus deyilən qara bulud bir çox böyük, güclü dövlətləri çox aciz vəziyyətə salmışdır. Bu ölkələrdə ölüm sayı artmış, pandemiya geniş ərazilərə yayılmışdır. Biz inanırıq ki, Sizin uzaqgörən siyasətiniz, qayğınız və üstün zəkanızla "Biz birlikdə güclüyük" şüarı altında birləşərək COVID-19 pandemiyasına qalib gələcəyik. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Ağcabədi rayonundan Mahir Paşayev: “Cənab Prezident, Sizi salamlayır və dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə öncədən görülən tədbirlərə görə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə xalqın yanında olmağınız, vaxtında və yerində görülmüş tədbirlər Sizin böyük liderliyinizin əyani sübutudur. Tez bir zamanda tibbi maska istehsalı müəssisəsinin işə salınması, "Yeni klinika" tibb müəssisəsinin pandemiyaya yoluxmuş xəstələrin müalicəsi üçün istifadəyə verilməsi dövlətimizin qüdrətindən və ona xalqına əvəzsiz bir sevgisi olan, hər sahədə dərin biliklərə malik bir liderin rəhbərlik etməsindən xəbər verir. Dünyanın super dövlətlərində belə böyük fəlakət və itkilərə səbəb olan bu amansız pandemiya dövründə vaxtında düşünülmüş və görülmüş tədbirlər nəticəsində respublikamızda həmin dəhşətlər yaşanmadı. Bu ağır zamanlarda Siz bir neçə cəbhədə mübarizə aparırdınız - həm COVID-19, həm xarici düşmənlər, həm daxildə olan xainlər və s. Cənab Prezident, Siz tək deyilsiniz, biz Sizinləyik, Sizin uğurlu siyasətinizi dəstəkləyirik, qüdrətli dövlətimizin yanındayıq! Biz birlikdə güclüyük!”.

Masallı rayonundan Hakim Qurbanov: “Çox hörmətli Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Bütün Yer kürəsini bürümüş yeni növ koronovirus (COVID-19) infeksiyası ağır fəsadlar verməkdədir. Günü-gündən yoluxmanın və ölənlərin artması pandemiyanın miqyasını xarakterizə edir. Həm iqtisadi, həm də siyasi cəhətdən dünya nəhənglərinin qarşısında aciz qaldığı koronavirusla mübarizə doğma Azərbaycanımızda az itkilərlə, həm də mütəşəkkil qaydada həyata keçirilir. Sizin vaxtında verdiyiniz qərarlar, gördüyünüz tədbirlər xalqı bu bəlaya qarşı səfərbər etməklə itkilərin miqyasını xeyli azaltdı. Məhz rəhbərin, hakimiyyətin xalqla vəhdəti pandemiyaya mübarizə şəraitində özünü bir daha sübut etdi. Necə ki, vaxtilə ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verdi, dövlətçiliyi xilas etdi. Təşəkkür edirik cənab Prezident. Çox sağ olun ki, hər zaman bizimləsiniz, hər zaman yanımızdasınız”.

İmişli rayonundan Novruz Hüseynov yazır: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı, Azərbaycan gəncliyi Sizi dəstəkləyir. Bütün məsələlərdə, xüsusən son dövrdə dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan xalqının yanında olduğunuza, xalqın sosial-iqtisadi rifahını yaxşılaşdıran çevik və operativ qərarlar qəbul etdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

1news.az

Paylaş:
713

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər