Hikmət Hacıyev: Aİ-nin Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Aİ-nin Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir

15:51 - 23 / 10 / 2019
Hikmət Hacıyev: Aİ-nin Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı mitinqlə bağlı tələsik bəyanatı həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “EURACTIV Network”də dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edib ki, Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi birtərəfli və təhrif olunmuş formada təqdim edilib:

 “Aşırı güc tətbiq olunması və onlarla şəxsin saxlanması barədə bəyanatlar həqiqətə uyğun deyil”.

O bildirib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam təmin olunub.

Bundan başqa, H.Hacıyev qeyd edib ki, bu il oktyabrın 8-də həmin qrupun Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu:

“Amma onlar bunu günün hərəkətli vaxtında mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar. 18 oktyabr mitinqində Azərbaycan polisi peşəkar davranıb. Saxlanan şəxslər xəbərdarlıq alıb buraxılıblar. Heç kim xəsarət almayıb. Beləliklə bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatlar yalandan başqa bir şey deyil”.

Şöbə müdiri Avropa paytaxtlarında dinc aksiyalar zamanı aşırı gücdən, o cümlədən rezin güllələrdən, eləcə də itlərdən istifadə olunması faktlarını xatırladıb.

H.Hacıyev yazıb ki, bu mitinqin əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsini göstərmək idi:

“Bu fəaliyyət daxili və xarici ictimai dəstək almağa yönəlmişdi. Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir”.

S.Xankişiyeva

 

Paylaş:
393

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər