Hikmət Hacıyev: Pandemiya başlayandan indiyədək xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı ölkəmizə gətirilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Pandemiya başlayandan indiyədək xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı ölkəmizə gətirilib – VİDEO

10:50 - 10 / 07 / 2020
Hikmət Hacıyev: Pandemiya başlayandan indiyədək xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı ölkəmizə gətirilib – VİDEO

"Pandemiya başlayandan bu günə qədər dövlət başçımızın tapşırığına əsasən, xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı hava daşıyıcılığı vasitəsilə ölkəmizə gətirilib".

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişinin qonağı olarkən deyib. Prezidentin köməkçisi qeyd edib ki, proses davam etməkdədir.

H.Hacıyev bildirib ki, Azərbaycanla bir sıra ölkələr arasında xüsusi çarter reysləri fəaliyyət göstərir: "Həftədə dörd dəfə "Azərbaycan Hava Yolları"nın və "Türk Hava Yolları"nın Bakı-İstanbul-Bakı istiqamətində reysləri təşkil olunur. Burada olan vətəndaşlarımızın, xüsusən də Türkiyədə olan tələbələrimizin ölkəmizə qayıtması təmin olunur. İstanbul şəhəri böyük tranzit məntəqəsidir ki, digər ölkələrdə olan vətəndaşlarımız İstanbula gələrək oradan Azərbaycana qayıda bilirlər".

H.Hacıyev vurğulayıb ki,  dövlət tərəfindən verilən tapşırıqlar əsasında, "Azərbaycan Hava Yolları" QSC Bakı-Berlin və Bakı-London çarter reysləri barədə danışıqlar aparıb, bu reyslərin təşkili üzrə razılıq əldə edilib:

"Bakı-Berlin, Bakı-London və Bakı-Dubay reysləri üçün müvafiq sənədlərin mübadiləsindən sonra bu istiqamətlər üzrə uçuşlarla vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq. Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunacaq. Bu həftə və gələn həftə üzrə təxliyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı istiqamətində "Evə gedirəm" portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyəsi həyata keçiriləcək. Kiyev-Bakı istiqamətində reys təşkil edilib, Ər-Riyad-Bakı reysi həyata keçirilir. Gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq. Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək təxliyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir".

Prezidentin köməkçisi onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir: "Müəyyən olunan qayda belədir ki, istər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları olsun, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər. Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır”.

S.Xankişiyeva

 

Paylaş:
707

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər