Hikmət Hacıyev: Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

10:52 - 24 / 02 / 2020
Hikmət Hacıyev: Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının beşdə bir hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı tədbirdə deyib.

H.Hacıyev bildirib ki, bugünkü tədbir, eyni zamanda Azərbaycan xalqının ağrılı bir yarası olan Xocalı soyqırımının növbəti ildönümünə təsadüf edir: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səvviyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır.

S.Xankişiyeva

 

Paylaş:
320

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər