1news.az

II və III ixtisas qrupları üzrə imtahanın düzgün cavabları açıqlandı

15 Avqust saat 14:09 ~ 1 dəqiqəlik oxu 4630
II və III ixtisas qrupları üzrə imtahanın düzgün cavabları açıqlandı

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 14-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri):

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu (Azərbaycan bölməsi);

III ixtisas qrupu (rus bölməsi).

Əlavə olaraq qeyd edək ki, 13 avqust 2020-ci il tarixində Il ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında A variantındakı 55, B, C və D variantlarındakı 56 nömrəli açıq tipli test tapşırığının texniki yanlışlıqla 2, 3,4, 5 olaraq elan edilən etalon cavabı 2, 4, 5 olaraq düzəldilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net