1news.az

İlham Əliyev: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

26 Oktyabr saat 13:07 ~ 1 dəqiqəlik oxu 1340
İlham Əliyev: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

“Bizdə dəqiq məlumat ver ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb”.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir: “Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net