İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır - FOTO

14:37 - 22 / 09 / 2020
İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin rəhbərliyi ilə onlayn iclas keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, iclasda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədr müavinləri, müvafiq departament və şöbələrin rəhbərləri, o cümlədən DOST mərkəzlərinin memarlıq, planlaşdırma və tikinti işlərini həyata keçirən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.

İclasda Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edəcək 4 saylı Bakı DOST Mərkəzi, Abşeron, Bərdə, Sumqayıt, Quba və Sabirabad DOST mərkəzləri ilə bağlı məlumatlar verilib. Podratçı şirkətlərin nümayəndələri işlərin icra vəziyyəti ilə bağlı hesabat veriblər. Qeyd olunub ki, bu ilin sonuna qədər 4 saylı Bakı DOST Mərkəzi və Abşeron DOST Mərkəzinin açılışı planlaşdırılır. Bu səbəbdən də işlərin plana uyğun olaraq icrasının zəruri olduğu vurğulanıb.

İclas mövcud vəziyyətin və qarşıda duran məsələlərin müzakirəsi ilə davam etdirilib.

1news.az

Paylaş:
564

Son xəbərlər

PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21
Bütün xəbərlər