İlk tibbi yardım zamanı edilən SƏHVLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk tibbi yardım zamanı edilən SƏHVLƏR

17:03 - 15 / 09 / 2020
İlk tibbi yardım zamanı edilən SƏHVLƏR

İlk tibbi yardım zamanı bəzən etdiyimiz kömək xəstə üçün daha da ziyanlı ola bilər.

1news.az medicina.az-a istinadən ilk yardım zamanı edilən bəzi səhbləri təqdim edir:

"Kimsə təcili yardım çağırmışdır" deyə düşünmək

Xüsusi ilə də ictimai yerlərdə hadisə zamanı kiminsə ambulansa xəbər verildiyi düşünülür. Və hərkəs "Onsuzda başqası çoxdan çağırmışdır" deyə xəstəyə kömək etməyə çalışır. Amma dərhal tibbi yardıma zəng edib, hadisəni danışmalı, sakit olmalıdır.

Epilepsiya krizlərində soğan qoxulatmaq

Bu kimi krizlərdə xəstənin ağzının açılması və ya ayılsın deyə soğan kimi kəskin iyilərin qoxulatması, əllərinin açılmağa çalışılması da ən çox yayılan səhvlərdəndir. Bu kimi hərəkətlərdən uzaq durun. Bunun yerinə xəstənin özünə zərər verməsinin qarşısını almaq üçün baş hissəsini tutaraq, əsmənin keçməsini gözləmək və vaxt itirmədən tibbi yardım çağıermaq lazımdır.

Günəş və digər yanmalarda qatıq, diş məcununun çəkilməsi

Günəş yanması adətən birinci dərəcəli yanıq olaraq ortaya çıxır. Bu halda yanan hissəni sərinlətmək lazımdır. İnsanlar arasında geniş yayılan diş məcunu, qatıq kimi qidaların çəkilməsi infeksiyalara yol açır. Ona görə də bunu yerinə yanan yeri axan su altında ən az 15 dəqiqə saxlayın. Daha ağır yanıqlarda isə həkimə gedin.

İlan, həşərat dişləmələrində qanın əmilməsi

Həşərat, ilan kimi dişləmələrdə həmin hissənin qanadılması, qanın əmərək tüpürmək faydalı deyil. O insana infeksiya keçə bilər. Bunun yerinə həmin hissə su və sabunla təmizlənməli, sıx bağlanmalı və xəstəxanaya aparılmalıdır.

Baş-çənə vəziyyətini verməmək

Nəfəsalmada çətinlik, özünü itirmə kimi hallarda xəstələrin ağız boşluğu kontrol edilməli, ağız içində cisim varsa çıxarılmalı və insana baş-çənə pozisiyası verilməlidir. Bu bir əlimizi xəstənin alnına basarkən digər əlimizin iki barmaqla çənənin altdan itələyərək verilən pozisiyadır. Bu dilin boğaza qaçmasının qarşısını alır.

Huşunu itirənə şillə vurmaq

Özünü itirən adama şillə vurmaq, üzünə su çırpmaq, sadəcə kürəyiüstə uzandırmaq ən çox edilən səhvlərdəndir. Amma ayaqlar ən azı 30 sm havaya qaldırılmalı və xəstə başıyan olacaq şəkildə tutulmalıdır. Lazım olarsa tibbi yardım çağırılmalıdır.

Batan cisimlərin çıxardılması

Xüsusi ilə gözə və ya bədənə batan cisimlərin nəzarət etmədən çıxarılması çox risklidir. Bu kimi hallarda batan cisimlər əsla yerindən tərpədilməməli və tibbi yardım çağırılmalıdır. Əks halda daha da pis nəticələnə bilər.

Donmada qar və ya buzla ovunulma

Donma hallarında donan yerin qar və ya buzla ovunulması da səhv hərəkətlərdən biridir. Bu kimi hallarda həmin şəxsi otaq temperaturunda bir yerə alıb, üzərindəki geyimlər yaşdırsa, çıxarılmalı, quru geyimlər geyindirilməli və isti içkilər verilməlidir.

Zəhərlənmələrdə qusmaya zorlamaq

Xüsusi ilə də kimyəvi zəhərlənmələrdə həmin şəxsi qusmaya zorlamaq insanı təkrar kimyəvi maddəyə məruz qoyacağı üçün yemək və qida borusuna zərər verə bilər. Bu kimi hallarda həmin şəxs əsla qusdurulmamalı, qusmaya zorlanmamalıdır. Qida zəhərlənməsi kimi hallarda zəhərlənməyə səbəb ola biləcək maddə və ya qida araşdırılmalı, qusmanın zərərsiz olduğuna əmin olunmalıdır. Lazım olarsa dərhal tibbi yardım çağırılmalıdır.

Avtomobil qəzalarında sıxılan insanı çıxartmaq

Xüsusi ilə də avtomobil qəzalarında içəridə qalan insanı tibbi yardım gəlmədən içəridən çıxartmaq ən çox rastlanan hallardır. Amma bu kimi hallar ömürlük xəsarətlərlə nəticələnə bilər. Ona görə də professional yardımların gəlməsini gözləmək lazımdır.

1news.az

Paylaş:
607

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər