İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı - FOTO

17:58 - 31 / 03 / 2020
İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı - FOTO

Hər dövrün olduğu kimi, COVID-19 günlərinin də öz qəhrəmanları var.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan biri İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.

"İsrael Hayom" qəzetinin yazdığına görə, şəhərin "Magen David Adom" təcili yardım xidmətində beş ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.

Həmyerlimizi COVID-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin "Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?" sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə üz-üzədir:
"Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyin hərəkətləri yerinə yetirmək üçün həmin qüvvə böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə üz-üzədir. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil".

S.Mirzəyeva qeyd edib ki, ixtisasını seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib:

"İşimin öhdəsindən lazımınca gəlmək üçün daim oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq".

1news.az

Paylaş:
389

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər