İsveçrənin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində Hikmət Hacıyevin mühazirəsi təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində Hikmət Hacıyevin mühazirəsi təşkil olunub – FOTO

09:13 - 06 / 11 / 2019
İsveçrənin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində Hikmət Hacıyevin mühazirəsi təşkil olunub – FOTO

İsveçrəyə ikitərəfli səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarlari” mövzusunda mühazirə ilə çıxış etmişdir.

1news.az-ın verdiyi xəbərə görə, AR İsveçrədəki Səfirliyinin təşkil etdiyi mühazirədə Cenevrə Mərkəzinin professor və tədqiqatçılar heyəti, bu qurumun kurslarının dinləyiciləri, eləcə də Cenevrə Universitetinin tələbələri və diplomatik korpusun nümayəndələri iştirak edirdilər.

Mühazirə zamanı H.Hacıyev müsəlman şərqində ilk parlament respublikası Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Cumhuriyyətin xarici siyasəti və bu il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edilməsi barədə auditoriyanı məlumatlandırmışdır.

H.Hacıyev 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın xarici siyasətinin formalaşmasında təhlükəsizlik faktorunun əsas rol oynadığını bildirərək, tarixi reallıq, geosiyasət və enerji meyarlarını nəzərə alan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlar əsasında xarici siyasət yürütdüyünü vurğulamışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi əsas təhlükəsizlik probleminin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi olduğu vurğulanmışdır.

Bundan başqa, mühazirədə Azərbaycanın tərəfdaşları birgə ilə həyata keçiridiyi enerji layihələri vasitəsilə Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməsi, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində logistika qovşağı rolunu oynaması, bu kontekstdə Mərkəzi Asiya ölkələri və qonşu dövlətlərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Sonra auditoriyanın Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli perspektivləri, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığıa münasibəti, ölkəmizin iqlim təhlükəsizliyi konsepsiyası, Azərbaycanın ABŞ və NATO, eləcə də Rusiya ilə əməkdaşlığı, həmçinin Azərbaycanda dini tolerantlıq mühiti ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

S.Xankişiyeva

Paylaş:
406

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər