İsveçrənin Turqau kantonunun ən böyük Botanika bağında Azərbaycana həsr olunan ağac üçün yer ayrıldı – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Turqau kantonunun ən böyük Botanika bağında Azərbaycana həsr olunan ağac üçün yer ayrıldı – FOTO

09:06 - 15 / 11 / 2019
İsveçrənin Turqau kantonunun ən böyük Botanika bağında Azərbaycana həsr olunan ağac üçün yer ayrıldı – FOTO

İsveçrənin Turqau kantonunun mərkəzi olan Frauenfeld şəhərində Azərbaycan ilə bu ölkə arasındakı dostluq əlaqələrinin rəmzi və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq, Turqau kantonunun prezidenti və ədliyyə nazirinin iştirakı ilə ağacəkmə mərasimi keçirilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, mərasimdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, Turqau kantonu hökumətinin prezidenti Yakob Ştark, həmin kantonun ədliyyə və təhlükəsizlik naziri Kornelia Kompoş, “Stadler Rail Group” şirkətinin rəhbəri və İdarə Heyətinin sədri Peter Şpuler iştirak ediblər.

Səfir Xanım İbrahimova 100 illik tarixə malik olan diplomatiyamızın ötən dövr ərzində böyük uğurlara imza atdığını, bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin ölkəmizi layiqincə təmsil etdiyini söyləmişdir. Azərbaycan və İsveçrə arasındakı əlaqələrə toxunan səfir hal-hazırda iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən Turqau kantonunun prezidenti Yakob Ştark bildirmişdir ki, ağacəkmə mərasimi Turqau kantonu ilə Azərbaycan arasında siyasi əlaqələrin güclənməsi üçün rəmzi xarakter daşıyır.

Frauenfeldin əsas Botanika Bağında Azərvaycan üçün ayrılmış ərazidə əkilən cökə ağacı buranın biomüxtəlifliyinə uyğun gəlir rəmzi mənası ilə yanaşı, həm də praktiki əhəmiyyəti var.

S.Xankişiyeva

 

Paylaş:
456

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər