İtaliyada işləyən azərbaycanlı həkim: “Virusdan ölənləri yerləşdirməyə yerlər yoxdur” - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyada işləyən azərbaycanlı həkim: “Virusdan ölənləri yerləşdirməyə yerlər yoxdur” - VIDEO

12:31 - 31 / 03 / 2020
İtaliyada işləyən azərbaycanlı həkim: “Virusdan ölənləri yerləşdirməyə yerlər yoxdur” - VIDEO

İtaliyanın Lakuila şəhərində yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva ölkədə koronavirusla bağlı son vəziyyətdən danışıb.

1news.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, S.Vəliyeva deyir ki, əvvəllər bu cür iri marketlərin önündə maşın saxlamağa yer tapılmırdı, isə indi şəhərin küçələri kimi, parklama yerləri də boş qalıb.

60 milyon nəfər əhalisi olan İtaliyanın normalda turistlərlə dolub daşan tarixi məkanları göyərçin və pişiklərin sığınacağına çevrilib. Yaponiyadan sonra dünyanın ən yaşlı ölkəsi sayıldığı üçün İtaliyada ölənlərin sayı dayanmadan artır.

S.Vəliyeva deyir ki, küçələrdə görünən şəxslərin hər birinə məsul şəxs yaxınlaşıb, küçədə olmasının səbəbini soruşur. Yalnız daha vacib sahələrdə - həkim, tibb işçisi, əczaçı, polis, market işçisi işləyənlərə sərbəst hərəkət etməyə icazə verilir: “İtaliyada COVİD-19 epidemiyası ölkənin şimalından, daha dəqiq desək, Lombardiya regionunun Kodoniya əyalətindən başladı. Əvvəlcə həmin əyalətin karantinə alınmasına başlandı. Əyalət sakini olan hər kəs yoxlanıldı, yoxlamadan keçənlərin hər birinə peyvənd vuruldu. Daha sonra bu, əyalət səviyyəsindən çıxdı, bütövlükdə region, eləcə də qonşu regionlar da karantinə alındı”.

Həkim bildirir ki, ölkənin iqtisadiyyatında eniş çox da müşahidə olunmur. Çünki İtaliya dövləti öz xalqını qida və başqa ərzaqla təmin edə biləcək, başqa dövlətlərdən asılı hala düşməyəcək qədər iqtisadiyyatını inkişaf etdirə bilib: “İtaliyada rəqəmlərin belə yüksək alınmasının səbəbləri kimi pandemiyanın qarşısının alınma tədbirlərinin, karantin rejiminin vaxtında verilməməsi qərarını göstərirlər. Evdən küçəyə çıxmaq üçün belə bir modul var. Bu modulu doldurub üstümüzdə gəzdirməliyik. Tətbiq olunan rejimə əməl etmədikdə, bizi gözləyən sanksiyalar barədə məlumatımız olduğunu da modulda qeyd etməliyik”.

Sosial şəbəkələrdə İtaliya eyvanlarında yayılan musiqiçilərin videolarına gəlincə, S.Vəliyeva deyir ki, həmin aksiya martın 14-də İtaliya həkimlərinə dəstək üçün əhali tərəfindən təşkil edilib. Saat 12-də insanlar eyvanlara çıxıb həkimləri 5 dəqiqə ərzində alqışlayıblar. Daha sonra bu, bütün dünyaya yayılan fləşmob halını alıb. Beləcə, musiqiçilər də öz evlərindən insanlarda yüksək əhval yaratmaq üçün sevdiyi musiqiləri ifa etməyə başlayıblar: “Mərkəzi və Cənubi İtaliyada pandemiyaya yoluxanların sayı durmadan artmaqdadır. Şimalda vəziyyət daha pisdir, nəyə görə? Ona görə ki, yoluxanların sayı çoxdur, intensiv terapiya almalı olanlar üçün yer yoxdur. Hökumət artıq Milanda yeni COVİD xəstəxanası tikməyə başlayıb. Bununla belə, virusdan ölənləri yerləşdirməyə də yerlər yoxdur”.

Yaşlıların bu virusa yoluxma ehtimalının daha yüksək olmasının səbəbi yaşlı şəxslərin eyni vaxtda bir və birdən artıq yanaşı xəstəliyinin olmasıdır. İtaliyada uşaqlarda bu virusa hələ ki rast gəlinməyib. Azyaşlılarda bu virusa yoluxma ehtimalı daha azdır. Çünki onlarda bağlanaraq hüceyrə daxilinə keçən reseptorların, ACE 2 reseptorlarının sayı ya azdır, ya da hələ inkişaf etməyib: “Martın 10-u ölkədə karantin rejimi elan olunandan bu günə burda da apteklərdə maska və başqa qoruyucu vasitələr tapılmır. Hətta xəstəxanaların özündə belə işçilərin istifadə etməsi üçün maska, respirator tapılmır”.

S.Vəliyeva qeyd edib ki, hökumət insanların evdə qalmasını təmin etmək üçün televiziyada proqramların həm sayını, həm də müddətini artırmaq tapşırığı verib. Televiziya vasitəsilə əhaliyə karantin müddətində evlərini tərk etməmələri davamlı olaraq tövsiyə edilir. Həm müxalifət, həm də iqtidara məxsus media orqanları yoluxanların və ölənlərin sayını eyni dəqiqliklə insanlara çatdırır.

Qeyd edək ki, İtaliyada hazırda yoluxanların sayı 97 698, ölənlərin sayı isə 10.779 nəfərdir. Bu rəqəm hər gün artmaqda davam edir.

1news.az

Paylaş:
831

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər