Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb

13:42 - 28 / 11 / 2020
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri  Kanadanın Xarici işlər naziri ilə görüşüb

Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampeyn ilə görüşüblər. Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

1news.az xəbər verir ki, görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə Kanadalı azərbaycanlıların fikirlərini Xarici işlər nazirinə çatdırmaq olmuşdur. Görüş zamanı bildirilmişdir ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləmiş, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandımış və müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırlması üçün səy göstərdiyini bildirmişdir. O, eyni zamanda, Kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu bildirmişdir.

Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montreal-dan olan üzvləri iştirak etmişlər. Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılmışdır. Bundan əlavə işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilmişdir.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirmişdir.

1news.az 

Paylaş:
690

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər