Köhnə smartfonlar “Android”in tam versiyasından məhrum olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Köhnə smartfonlar “Android”in tam versiyasından məhrum olacaq

17:43 - 31 / 07 / 2020
Köhnə smartfonlar “Android”in tam versiyasından məhrum olacaq

512 MB əməli yaddaşa malik rabitə qurğuları "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq.

1news.az ictnews.az-a istinadən bildirir ki, "Google" şirkəti smartfonlar üçün yeni texniki tələblərini açıqlayıb: "Android" sisteminin 11-ci versiyasının idarəetməsi altında işləyən və 512 MB əməli yaddaşa malik qurğular "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq. Siyahıda proqramlar mağazası, "YouTube", xəritə və digər xidmətlər yer alıb.

Sənəddə, həmçinin deyilir ki, 2 QB və daha az əməli yaddaşa malik smartfonlar "Android"in tam versiyası ilə deyil, daha yüngül "Android Go" versiyasının idarəetməsi altında işləyəcək.

1news.az

Paylaş:
879

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25

Bakıda 9 ağac aşıb

02 / 01 / 2026, 12:49
Bütün xəbərlər