Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar

10:05 - 02 / 06 / 2020
Məzahir Əfəndiyev: Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar

Koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük.

Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının töhfəsi böyük oldu. Əgər digər ölkələrə nisbətdə pandemiyanın fatal fəsadları ölkəmizdə az oldusa, bunda medianın da rolu böyükdür. Bunları nəzərə alaraq, təsadüfi deyil ki, media idarəçiliyin bir qolu kimi tanınır. Burada hökumət qurumlarının da media ilə yaxından kommunikasiya qurulmasında səylərini vurğulamaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi brifinqlərin keçirilməsi bu səylərin bariz nümunəsidir. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin media mənsublarına daimi diqqəti və onlara ayırdığı zaman, dövlət idarəçiliyində medianın xidmətlərinin tanınmasıdır.

Lakin, bu vəziyyətdə bəzi media qurumlarının milli təhlükəsizliyimizə və inkişafımıza məsuliyyətsiz yanaşma hallarını da müşahidə etdik. Yanlış, əsaslandırılmamış məlumat yayaraq cəmiyyət arasında təlaş yaratma hallarını buna misal göstərmək olar. O biri tərəfdən baxsaq, bu cür neqativ hallar xalqımıza hansı media mənbələrinin daha etibarlı olduğunu anlamağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməli olduqlarına siqnal verdi.

İctimai rəyin neqativləşməsinə hədəflənmiş bu tip əsaslandırılmamış məlumatların yayılmasında sosial şəbəkələrin yaratdığı “imkanları” nəzərə alaraq, bu şəbəkələrdə yayılan bəzi məlumatların üzərində nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət eyni zamanda, milli əxlaqımıza zidd addımlar atan bəzi individual şəxslərə də şamil olunmalıdır.

Əslində, Möhtərəm Prezidentimiz İlham Əliyev problemlərinə toxunduğu, eyni zamanda dəstək gözlədiyi sahələrdən birinin məhz müstəqil və sağlam media olduğunu dəfələrlə bildirmişdir. Bunun üçün isə ilk növbədə qanunvericilik hakimiyyəti tərəfindən hüquqi əsaslar yaradılmalıdır. Bu məsələyə post-pandemiya dövrünün digər bir çağırışı kimi də yanaşa bilərik.

Bunları nəzərə alaraq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin dəsti-xəttini əsas tutan, öz işinə peşəkarcasına yanaşan,  birliyimizi təmin edərək “Biz Birlikdə Güclüyük” aksiyasına müsbət töhfələr verən media qurumlarına təşəkkürümü bildirmək istərdim. Öz məsuliyyətini tam anlamayan media orqanlarına isə təklifim milli birliyimizin, inkişafımızın və sosial ədalətin təmin olunmasında əhəmiyyətlərini daha da yaxşı dərk etmələridir. Müasir texnologiyaların yaratdığı imkanlardan dövlətimizin inkişafı və çiçəklənməsi istiqamətində istifadə etmək lazımdır.

Bütövlükdə götürsək, media qurumları üçün də bu yeni konteksə uyğunlaşmaq böyük təcrübə toplamağa imkan verdi və onların fəaliyyətində sağlamlaşma ilə müşahidə olundu.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
864

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər