Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı

15:53 - 01 / 12 / 2020
Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı

Yağı düşməndən azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

1news.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qurumdan bildirilib ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır: "Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.

Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!"

Qafar Ağayev 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər