Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb – FOTO

11:30 - 08 / 10 / 2019
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb – FOTO

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu günlərdə RAGB-nin ofisində Linqvistika Klubunun “Welcome day” tədbiri keçirilib. Layihələrin əlaqələndiricisi Ramin Rəcəbov tədbirə toplaşanların qarşısında çıxış edərək bildirib ki, RAGB-də xarici dil kursları 2016-cı ildən fəaliyyət göstərir. Yeni tədris ilindən etibarən RAGB xarici dil kurslarını Linqvistika Klubu şəklində birləşdirməyi qərara alıb. Bu tədris ilində gənclərin Azərbaycan, ingilis, ispan, italyan və alman dillərini öyrənmək imkanı olacaq.

R.Rəcəbov qeyd edib ki, Linqvistika Klubunun yaradılması RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi sayəsində mümkün olub. O deyib: “Leyla Əliyeva RAGB-nin sonuncu forumunda gənclərə müraciətlə qeyd etmişdi ki, RAGB-də gənclər öz biliklərini dərinləşdirmək və yeni biliklər əldə etmək imkanına malikdir. RAGB sədri deyib: “Bizim ofisimizdə xarici dilləri öyrənmək olar və ümidvaram ki, tezliklə Azərbaycan dili kursları da açılacaq”. Dillərin öyrənilməsinə böyük maraq yaranıb, dil kurslarına 200-dən çox adam yazılıb. Biz arzu edən hər kəs üçün belə imkan yaratmağa çalışacağıq”.

Linqvistika Klubunun rəhbəri Əbülfəz Şahbazovun sözlərinə görə, RAGB-nin sayəsində bizim gənclər özlərini, öz mədəniyyətini, tarixini və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək imkanı qazanıb: “Rusiyanın Azərbaycanlı Gənclər Birliyi gənclərin öz potensialını reallaşdırmasına imkan verir”.

Azərbaycan, ingilis, ispan, italyan və alman dillərinin öyrənilməsi üzrə məşğələlər şənbə və bazar günlərində RAGB-nin ofisində keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
523

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər