Makqreqor Moskvaya gəlib Həbibi və dağıstanlıları təhqir etdi - VİDEO | 1news.az | Xəbərlər
İdman

Makqreqor Moskvaya gəlib Həbibi və dağıstanlıları təhqir etdi - VİDEO

16:30 - 25 / 10 / 2019
Makqreqor Moskvaya gəlib Həbibi və dağıstanlıları təhqir etdi - VİDEO

Dağıstanlı əlbəyaxa döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovun qatı düşməni, irlandiyalı Konor Makqreqor onun dalınca Moskvaya gəlib və dağıstanlıları "qorxaq" adlandırıb. Habelə Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib.

1news.az Virtualaz.org-a istinadən xəbər verir ki, Makqreqor ötən gün Moskvada "Ritz-Karlton" otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib.

Makqreqor deyib ki, Həbib onunla Moskvada döyüşməkdən qorxur. "O, ancaq qalib gələ bildikləri ilə döyüşür. Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı",-irlandiyalı döyüşçü ötən il onu məğlub etmiş Həbibin dalınca deyib.

Makqreqor bildirib ki, Həbiblə məsələni belə qoymayacaq. Yenidən oktaqona qayıdacaq və onunla döyüşəcək.

İrlandiyalı döyüşçünün bu açıqlamalarından sonra dağıstanlılar onun qaldığı "Ritz-Karlton" otelini mühasirəyə alıblar. Müvafiq video sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən otelin ətrafında onlarla adam toplaşıb, yaxınlıqda isə OMON növbə çəkir.

"Bu gün Konorun müraciətini gördük, deyir ki, dağıstanlılar ondan qorxur. Biz gəlmişik, otel işçiləri onun burada olduğunu gizlətməyə çalışır. Amma biz burada oturacağıq və o, aşağı düşənə qədər gözləyəcəyik",-Nurməhəmmədovun tərəfdarlarından biri deyib.

Həbib özü hələlik düşməninin hücumlarına cavab verməyib. Amma onun atası və məşqçisi Abdulmanap bildirib ki, Konor Moskvaya döyüşmək üçün gəlsə oğlu onu yenə döyəcək.

1news.az

Paylaş:
807

Son xəbərlər

Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29
Bütün xəbərlər