Maykl Pompeo Azərbaycan Prezidentini təbrik etdi | 1news.az | Xəbərlər
Rəsmi

Maykl Pompeo Azərbaycan Prezidentini təbrik etdi

19:07 - 20 / 09 / 2019
Maykl Pompeo Azərbaycan Prezidentini təbrik etdi

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Azərbaycan Prezidenti İlham Əliyevi Əsrin Müqaviləsinin imzalanmasının iyirmi beş illik ildönümü münasibətilə təbrik edib.

1news.az-ın Azərbaycan XİN-ə istinadən verdiyi məlumatına əsasn, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını Əsrin Müqaviləsinin imzalanmasının iyirmi beş illik ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu il qeyd olunan iyirmi beş illik ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zaman yer alacaq. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaşı olmuşdur. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçiya çevrilmiş və Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynamışdır.

Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağı davam edir. Prezident Tramp 26-ci Xəzər Neft və Qaz Sərgisi münasibətilə ünvanladığı məktubda qeyd etdiyi kimi, biz Sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq.  

Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar, və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə vermişdir.

Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə Sizi təbrik edirəm”.

Paylaş:
834

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər