1news.az

Mehman İqbal Ağazadə ilə Rauf Arifoğlunun dairəsindən namizəd olacaq

21 Fevral saat 14:27 ~ 1 dəqiqəlik oxu 2055
Mehman İqbal Ağazadə ilə Rauf Arifoğlunun dairəsindən namizəd olacaq

Blogger Mehman Hüseynov 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

1news.az xəbər verir ki, bu barədə Mehman Hüseynovun özü bildirib. "Bu yaz çox fərqli və dəhşətli olacaq. Xətai ərazisini deputatsız qoymaq olmaz! Xətai camaatı hazırsınız? Desəm ki, bu dəfə namizədliyimi 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürəcəm nə deyəcəksiniz? Rauf Arifoğlu, İqbal Ağazadə cənabları gəlirəm. Bax, birdən mənə pul təklif edərsiniz ha!

Oturub düşündüm və qərara gəldim ki, 35 saylı xətai üçüncü seçki dairəsinə bir bomba qoymaq lazımdı. Aləm dəyəcək bir birinə", - deyə blogger vurğulayıb. 

Qeyd edək ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsində əsas rəqabət "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedib.

Mərkəzi Seçki Komissiyası (MSK) Rauf Arifoğlunu qalib elan edib. Lakin bir neçə gün sonra dairənin nəticələri ləğv edilib. Rauf Arifoğlu yenidən namizədliyini irəli sürəcəyini bildirib. İqbal Ağazadənin da seçkilərə qatılacağı şübhəsizdir. Mehman Hüseynova gəlincə, o bundan əvvəl 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. MSK bu dairədə təhsil eksperti Etibar Əliyevi qalib elan edib. 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net