Meksikanın nüfuzlu “El Universal” qəzetində Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Meksikanın nüfuzlu “El Universal” qəzetində Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib

09:14 - 04 / 08 / 2020
Meksikanın nüfuzlu “El Universal” qəzetində Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

1news.az xəbər verir ki, Məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasındakı son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Silahlı qarşıdurmanın iki ölkə sərhəddində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, bu xüsusda Tovuz rayonu ərazisindən keçən və Avropanın enerji təhlükəsizliyində önəmli payı olan Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xətti üçün təhlükə ərz etdiyi bildirilir.

Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

Yazıda dövlət sərhəddindəki hərbi toqquşma ilə bağlı Türkiyə tərəfinin bəyanatlarına istinad edilərək, rəsmi Ankaranın Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatını qəti surətdə pislədiyi və Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi bildirilir.

Məqalənin “Sülh və təhlükəsizlik” yarımbaşlıqlı hissəsində Azərbaycan Səfirliyinə istinadən Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycanın suveren ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğu, işğal edilmiş ərazilərdə 800 min azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirildiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə, habelə ATƏT və Avropa Şurası kimi digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi və məcburi köçkünlərin evlərinə qaytarılmasını tələb etdiyi qeyd olunur.

Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda, TAP və TANAP boru kəmərləri layihələrinin önəmi haqda məlumat verilir.

Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış binasının fotoşəkli öz əksini tapıb.

https://www.eluniversal.com.mx/english/disputas-energeticas-y-territoriales-amenazan-con-reavivar-guerra-en-el-caucaso

https://www.eluniversal.com.mx/english/energy-and-territorial-disputes-threaten-reignite-war-caucasus

Qafar Ağayev

Paylaş:
772

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29
Bütün xəbərlər