Müxalifətin “mühacir biznesi” çökür: daha hansı faktlar üzə çıxacaq? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Müxalifətin “mühacir biznesi” çökür: daha hansı faktlar üzə çıxacaq? – TƏHLİL

15:02 - 15 / 11 / 2019
Müxalifətin “mühacir biznesi” çökür: daha hansı faktlar üzə çıxacaq? – TƏHLİL

Məlum olduğu kimi, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Adı çəkilən şəxslər Almaniyada qanunsuz miqrant alveri ilə məşğul olmaqda şübhəli bilinirlər və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, müxtəlif illərdə müxalifət rəhbərlərinin saxta partiya sənədlərinin hazırlanması ilə məşğul olduqları, mitinqlərə gedib şəkil çəkdirənlərin böyük əksəriyyətinin sonradan pul ilə AXCP, Müsavat və digər radikal müxalifət partiyalarının sənədlərini alıb xaricə qaçaraq siyasi sığınacaq aldıqları haqqında yazılar yazılıb.

Miqrant alverçilərinin hamısının birbaşa Müsavat partiyası ilə əlaqəli olan şəxslər olması cəmiyyətdə əsas müzakirə mövzusuna çevrilib. Baş verənlər Müsavatla az-çox əlaqəli olan şəxsləri daha çox qəzəbləndirib. Onlar sosial şəbəkələrdəki şəxsi səhifələri vasitəsilə narazılıqlarını dilə gətiriblər.

Müsavatda hazırkı idarəçiliyə və qanunsuzluqlara qarşı çıxan sabiq məclis üzvü Alya Yaqublu baş verənləri “Əsrin fırıldağı” adlandırıb: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqlarıyla üst-üstə düşür” dedilər. Halbuki böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq eləmişdi, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanıın. Susanlar, siz də”.

Müsavat başqanının sabiq müavini Elman Fəttah da saxta mühacir biznesindən çoxdan xəbərdar olduğunu yazıb: “İndi həbs olunduqları deyilen və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin fake siyasi mühacir işi ilə əlaqəli olmalarından çoxdan şübhəli idik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.

Mühacirətdə olan jurnalist Yafəz Əkrəmoğlu “mühacir biznesi” ilə bağlı faktları iki il əvvəl Müsavat Partiyası rәhbәrliyinә dediyini diqqətə çatdırıb:

“Alman polisinin ifşa etdiklәrini mәn iki il әvvәl daha detallı şәkildә Müsavat Partiyası rәhbәrliyinә faktlarla, sәnәdlәrlә tәqdim etmişdim. Partiyadakı vicdanlı insanlar buna dәrhal reaksiya verdi, Arif Hacılı vә әtrafından hesabat tәlәb olundu. Tәbii ki, üzәrimizә gәldilәr. O vaxtlar partiya qәrargahının "ali kabinet"indә mәsәlәdәn çıxış yolu kimi bizlәr "hökumәtin adamı" elan olunduq. Partiya üzvlәrinә deyәcәk söz, verilәcәk cavab yox idi axı. Әn gözәl çıxış yolu hәqiәti deyәnlәri damğalamaq idi.

O vaxtlar biz müsavatda arayış mәsәlәsi ilә bağlı istәr qapalı qrupda, istәr açıqda yazanda, Arif Hacılınln trolları statusların altın İsa Qәmbәrin daxili rәqiblәrinә hesablanmış bu mәşhur sitatını paylaşırdılar: "İstәnilәn halda mübarizә Müsavatla hakimiyyәt arasında gedir". İndi sitatı dәyişmәnin zamanıdı. Şәrlәyin alman polisini dә. Deyin ki, İlham Әliyevә işlәyirlәr...”.

“Nida”çı İsmi Şahzadə isə Müsavat Partiyasının rəhbər şəxslərinin istefasını tələb edib:

“Bu nə özündən razılıqdır belə? Necə yəni Müsavatda belə bir şey ola bilməz?! Gülməli olan odur ki, hamı özünü sığortalamaq üçün deyir ki, kimin saxtakarlıqda əli olub, bizimlə birlikdə ola bilməz. Ay bala, siz qurumun adından çıxış edirsiniz, verin istefanı, çıxın gedin.

Vaxtınızı boşa xərcləməyin. Hər dəfə belə məsələlərdə ağız-ağıza veririk deyə söhbətlər çox uzanır, kəsib atın. Əvəz olunmayan var?! 5-6 kəlmə termin öyrəniblər, özlərini akademik siyasətçi zənn edirlər. Çıxın gedin, heç olmasa Musavat adı qalsın, artıq onu da ləkələməyə başlayırsınız!”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə baş verənləri Almaniyanın dövlət siyasəti kimi qələmə verməyə çalışıb:

“Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir”.

Maraqlıdır ki, müxalif jurnalist Xədicə İsmayıl Müsavat rəhbərinin dediklərinə “Timsahın göz yaşları” şərhini yazmaqla reaksiya verib.

Xarici İşlər Nazirliyi (XİN) də azərbaycanlı müxalifətçilərin Almaniyada həbs olunmasına münasibət bildirib. XİN-in mətbuat katibi Leyla Abdullayeva Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatlarının olduğunu bildirib:

“Təəssüf edirik ki, özlərini "siyasi mühacir" kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər”.

Əslində, müxalifətin bu cür hadisələrdə adının hallanması təəccüb doğurmamalıdır. Zatən hər kəsə bəlli idi ki, bu gün Avropanın mərkəzində oturub, Azərbaycan məmurlarını söyüb, milli-mənəvi dəyərlərimizə zidd addımlar atmaqla, sosial şəbəkələrdə qəhrəmana çevrilənlərin böyük əksəri siyasi sığınacağı hansısa saxta sənədlər əsasında alıblar.

Maraqlısı budur ki, mətbuat olaraq illərdir yazır, ortaya konkret faktlar qoyulurdu ki, radikal müxalifət partiyaları, onların üzdə mələk olan rəhbərləri mühacir biznesi ilə məşğul olurlar, Avropaya saxta müxalifətçilər “ixrac edərək” bu işdən pullar qazanırlar. Amma bu illər ərzində həmin müxalifət partiyalarının rəhbərləri bunun real olmadığını deyib, insanların gözünə kül üfürürdülər. İndi isə işlər qəlizləşib, ortada böyük qalmaqala səbəb olan ifşa olunmuş şəbəkə var.

Məlum məsələdir ki, bu hələ aysberqin görünən tərəfidir. Zamanla müxalifətin qanunsuz əməllərini ifşa edən yeni-yeni faktlarla tanış olacayıq. Bizə sadəcə gözləmək qalır.

1news.az

Paylaş:
1132

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər