“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir - FOTO

17:40 - 20 / 06 / 2019
“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir - FOTO

Azərbaycanda hər zaman informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını dəstəkləyən “Nar”ın tərəfdaşlığı ilə baş tutan NETTY-2019 - Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib.

Belə ki, il ərzində keyfiyyətli məzmununa, istidafədəçiyə yararlılığına görə “Dövlət” nominasiyasında “intangible.az” saytı, “Təhsil və Elm” nominasiyasında “Bildilçin” tətbiqi, “Mədəniyyət və Yaradıcılıq” nominasiyasında “shekiculture.az”, ən yaxşı sosial səhifə nominasiyasında “Asan Viza” Facebook səhifəsi qalib olub.  Digər nominasiyaların qalibləri ilə netty.az saytında tanış ola bilərsiniz.

Nominasiyalar üzrə qaliblər Ekspert Şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməsi zamanı müəyyən edilib. Bundan başqa, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də müafatlar təqdim edilib.

“İnternet və ümumilikdə, İKT həlləri gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. NETTY milli internet mükafatının əsas məqsədi ölkəmizdə bu sahə üzrə ən qabaqcıl və keyfiyyətli informasiya resurslarını və layihələrini müəyyən edərək onların inkişafına təkan verməkdir. Biz eyni zamanda informasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılmasını hədəfləyirik. Rəqəmsallaşma dövründə bu cür mühüm bir tədbirin keçirilməsində bizə dəstək olduğu üçün  “Nar”-a təşəkür edirik“, - deyə “NETTY” milli interet mükafatının təşkilat komitəsinin sədri Ruslan Novruzov bildirib.

Qeyd edək ki, “Nar” KSM strategiyası çərçivəsində artıq ikinci ildir ki, “NETTY” milli interet mükafatının əsas dəstəkçisidir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
560

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər