1news.az

Nikola Yurçeviç istefaya göndərildi

13 Dekabr saat 13:06 ~ 1 dəqiqəlik oxu 89
Nikola Yurçeviç istefaya göndərildi

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

1news.az-ın məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qeyri-qənaətbəxş hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.

xorvatiyalı mütəxəssis cari ilin fevralında Azərbaycan millisinə baş məşqçi təyin olunub. Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net