Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi - VİDEO

09:30 - 11 / 01 / 2021
Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi - VİDEO

Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmalıdır.

Görüşün əsas mövzusu Qarabağ münaqişəsinin tam nizamlanması və ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin tam yerinə yetirilməsi üçün atılması gərəkən addımlardır. Həmin addımlar Ermənistanın üzərinə götürdüyü öhdəliklərin qeyd-şərtsiz icrasını ehtiva edir.

Görüşə qatılmaq üçün dünən İrəvanın "Zvartnos" hava limanına yollanmaq istəyən N.Paşinyanın qarşısını onun istefasını tələb edən ermənilər kəsiblər. Onlar baş nazirin kortejini "Zvartnos"a buraxmamaq, onun Moskvaya yollanmasına mane olmağa çalışıblar.

Etraz aksiyası bu gün səhər saat 8 radələrində başlayıb.Lakin İrəvandan aeroporta gedən əsas yollarda aksiya iştirakçılarının qarşısını polislər, hərbçilər və xüsusi təyinatlı polislərdən ibarət kordonlar kəsiblər.

N.Paşinyanın korteji çox böyük sürətlə hərəkət edərək kordonların yanından keçərək "Zvartnos"ya yollanıb.Ermənistan müxalifəti isə "Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi" tipli açıqlamalarla sosial şəbəkələrdə qəzəbini izhar etməyə başlayıb.

1news.az

Paylaş:
738

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər