Paşinyanın yürütdüyü siyasət ona qarşı “müqavimət hərəkatı”nın aparılmasını şərtləndirir | 1news.az | Xəbərlər
Siyasət

Paşinyanın yürütdüyü siyasət ona qarşı “müqavimət hərəkatı”nın aparılmasını şərtləndirir

19:09 - 26 / 10 / 2020
Paşinyanın yürütdüyü siyasət ona qarşı “müqavimət hərəkatı”nın aparılmasını şərtləndirir

Bu gün Ermənistan-Azərbaycan müharibəsinin fonunda bəzi məqamları tarixi nümunələr əsasında təhlil etməklə bir sıra konkret nəticələrə gəlmək mümkündür.

Bu məqamlardan biri də Ermənistan hakimiyyətində kifayət qədər yüksək vəzifələrdə təmsil olunan bir qrup hərbi-siyasi elitanın Nikol Paşinyanın aqressiv siyasətinin qurbanına çevrilməsidir. Belə ki, Paşinyanın hazırda yürütdüyü siyasət nəinki Azərbaycana, hətta yerli ermənilərə qarşı da aqressiyası ilə diqqət çəkir.

Bu fikri milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərov AZƏRTAC-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbi silah-sursat, zirehli və digər texnika itkiləri ilə yanaşı, şəxsi heyət sarıdan da ciddi itkiləri var. Lakin hakimiyyət hər vəchlə bu itkiləri gizlətməyə çalışır və minlərlə əsgər cəsədi döyüş meydanında qalıb çürüdüyü halda, bu günə qədər təxminən min əsgərin öldüyünü etiraf edib. Ona görə də istisna edilmir ki, Ermənistanda bu müharibənin ermənilər üçün fəsadlarını təxmin etmək qabiliyyətində olan kifayət qədər insan var və onlar Paşinyanın yürütdüyü siyasəti dəstəkləmirlər.

Məsələnin ən ciddi tərəfi isə ondan ibarətdir ki, artıq yüksək rütbəli rəsmilər arasında bu tendensiya güclənməkdədir. Ona görə də Paşinyan artıq bir neçə cəbhədə mübarizə aparır ki, bu da onun hakimiyyətinin sonunu daha da yaxınlaşdırır. Sentyabrın 27-si səhər saatlarında başlayan müharibədə Paşinyan o qədər də narahat görünmürdü, çünki hərbi rəhbərlik onu müdafiə sistemlərinin “keçilməzliyi” barədə yalana inandırmışdı. Lakin rəşadətli Azərbaycan Ordusu qısa müddətdə təşəbbüsü ələ alaraq nəinki düşmənin müdafiəsini yardı, hətta Ermənistan hərbi-siyasi rəhbərliyini əməlli-başlı silkələdi. Həmin andan etibarən Nikol Paşinyan anormal hərəkətləri və səfeh qərarları ilə gündəmə gəldi. O, öz uğursuzluğunda ilk növbədə Qarabağ icmasını və bu icmanın nümayəndələri olan hərbi qulluqçuları günahlandırmağa başladı. Müharibə başlayandan təxminən 10 gün sonra Ermənistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi Arqişti Kərəmyan vəzifəsindən azad edildi. Oktyabrın 26-da isə polkovnik rütbəli üç hərbi qulluqçu “vətənə xəyanət” damğası ilə xidmətdən uzaqlaşdırıldı.

Xəyal İsgəndərov vurğulayıb ki, vaxtilə nasist rejiminə qarşı da hakimiyyət daxilində yüksək vəzifəli şəxslərin təmsil olunduğu bir qrup formalaşmış və Adolf Hitlerə qarşı tarixə “Valkiriya əməliyyatı” adı ilə düşən sui-qəsd (20 iyul 1944-cü il) planlaşdırmışdı. Uğursuz olsa da həmin sui-qəsdin məqsədi nasist hökumətinin devrilməsi idi. Bu baxımdan Ermənistan hərbi-siyasi idarəetməsində də belə bir qrupun olması çox real görünür və şübhəsiz, Paşinyanın yürütdüyü siyasətə qarşı çıxan geniş kütlə də həmin qrupu dəstəkləyir. Artıq Paşinyan ona qarşı da bir “Valkiriya əməliyyatı”nın planlaşdırılmasından ehtiyat edir və onun iradəsinə tabe olmayan şəxsləri siyasi və hərbi arenadan uzaqlaşdırmaqla kifayətlənməyib müxtəlif ittihamlarla həbs etdirir.

“Görünən odur ki, xarici güclər öz maraqları naminə Paşinyandan bir vasitə kimi istifadə edir və bundan da ən çox sıravi ermənilər ziyan çəkir. Belə vəziyyətdə ən optimal variant Paşinyana qarşı “müqavimət hərəkatı”nın başladılmasıdır. Əks halda onun verdiyi hər bir qərar Ermənistan üçün yeni bir fəlakətə yol açacaq. Artıq hakimiyyətdə və xalq arasında belə bir hərəkatı reallaşdıracaq bir qrup formalaşmaq üzrədir. Bu baxımdan Paşinyan çalışır ki, belə bir qrupda təmsil olunanların sayı artmasın. Elə döyüş meydanında çürüyən cəsədlərin ailələrinə çatdırılmamasına cəhd göstərilməsi də bu məqsədə xidmət edir”, - deyə ekspert vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
426

Son xəbərlər

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42
Bütün xəbərlər